Rusiya Orbanla Mertsi toqquşdurdu

   Rusiya Orbanla Mertsi toqquşdurdu
  02 Oktyabr 2025    Oxunub:868
Almaniya kansleri Fridrix Merts Macarıstanın baş naziri Viktor Orbanı Avropa İttifaqı (Aİ) liderlərinin Kopenhagendə keçirilən qeyri-rəsmi sammitində Avropa təhlükəsizliyi məsələlərinin müzakirəsini pozmaqda ittiham edib.
AzVision.az xəbər verir ki, “Bloomberg” agentliyinin məlumatına görə, müzakirələr Aİ-nin Rusiyadan gələn təhdidlərdən qorumaq tədbirlərinə və Ukraynaya davamlı dəstəyin göstərilməsinə aid olub.

Bununla belə, Macarıstan Rusiyaya qarşı yeni sanksiyaların tətbiqinə mane olmaq üçün veto hüququndan istifadə edib.

Makron Orbanı dəstəkləyə bilər
“Orban oktyabrın 1-də Kopenhagendə keçirilən sammiti “xüsusilə həyəcanlı” adlandırıb və müzakirələrin “sürəkli debatlarla” müşayiət olunduğunu qeyd edib. Gündəliyə enerji məsələləri, Rusiya-Ukrayna münaqişəsi kontekstində Aİ-nin strategiyası və dondurulmuş Rusiya aktivlərinin gələcəyi daxildir”, - Macarıstanın “Magyar Nemzet” nəşri yazır.

“Bloomberg” agentliyi bildirir ki, sammit iştirakçıları müzakirə olunan məsələlərdən heç biri üzrə razılığa gələ bilməyiblər. 2030-cu ilə qədər Aİ-nin müdafiə qabiliyyətinin gücləndirilməsi üçün yol xəritəsinin təqdim edilməsinin planlaşdırıldığı Brüsseldə iki həftə ərzində bu məsələlərə yenidən baxılması qərara alınıb.

Xatırladaq ki, oktyabrın 2-də Kopenhagendə daha bir sammit - 47 ölkənin daxil olduğu Avropa Siyasi Birliyinin toplantısı keçirilir. Bu Zirvə tədbirində iştirak edən Azərbaycan Prezidenti İlham Əliyev bir sıra ikitərəfli görüşlər keçirib.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   Orban   Merts   toqquşma  



Xəbər lenti