Ukrayna Rusiyanın “Azot” zavodunu vurub | VİDEO

Ukrayna Rusiyanın “Azot” zavodunu vurub     | VİDEO
  03 Oktyabr 2025    Oxunub:706
Rusiyanın Perm diyarının qubernatoru Dmitri Maxonin Ukrayna PUA-larının oktyabrın 3-nə keçən gecə hücumu barədə məlumat açıqlayıb.
AzVision.az xəbər verir ki, qubernatorun sözlərinə görə, hücum nəticəsində ikimərtəbəli yaşayış evinə zərər dəyib, amma xəsarət alan yoxdur.

- “Azot” kimya məhsulları zavodunda istehsal prosesində qısa fasilə yaranıb, lakin hazırda müəssisə normal rejimdə işləyir. Heç bir ekoloji təhlükə yoxdur və sakinlərin təhlükəsizliyini heç nə təhdid etmir”, - Dmitri Maxonin əlavə edib.

Rusiya Fövqəladə Hallar nazirliyinin Perm bölməsi oktyabrın 3-də yerli vaxtla saat 03:05-də “dron təhlükəsi” xəbərdarlığı yayıb. Rusiya Telegram-kanallarının məlumatına görə, partlayışa istehsalat obyektlərindən birində soyuducu qurğunun partlaması səbəb ola bilər.

“Azot” zavodu daha yüksəksəviyyəli alifatik aminlər, natrium nitrat və kristal natrium nitrit istehsal edir. Ammonium nitrat partlayıcı maddələrin tərkib hissəsi və azot gübrəsi kimi istifadə olunur. Zavod Ukrayna sərhədindən təxminən 1700 km aralıda yerləşir.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Ukrayna   Rusiya   zavod  



Xəbər lenti