Mirzoyan: “Ermənistan kommunikasiyaların açılmasını istəyir”
“Məsələn, Ermənistan Azərbaycanın dəmir yolu sisteminə, Azərbaycan Ermənistanın dəmir yolu sisteminə, daha sonra isə avtomobil yollarına və digər infrastrukturlara çıxış əldə edir. Biz bir-birimizin infrastrukturundan adi qonşular kimi, məsələn, Avropada və ya başqa yerlərdə olduğu kimi, istifadə edə bilərik”, - Mirzoyan izah edib.
Onun sözlərinə görə, Azərbaycana dəmir yolunun tikintisi ən azı iki il çəkə bilər. Ən əsası budur ki, İrəvan Ermənistanla Azərbaycan arasında nəqliyyat əlaqəsinin tez bir zamanda tikilməsində, açılmasında və onun bərpasında çox maraqlıdır.
Sahil İsgəndərov
AzVision.az
Teqlər: Azərbaycan Ermənistan kommunikasiyalar







Vaxtında, Aydın, Lazımlı!


