Rusiyada Astananı “təmizləməyə” çağırış edilib

   Rusiyada Astananı “təmizləməyə” çağırış edilib
  03 Oktyabr 2025    Oxunub:1083
Rusiyalı təbliğatçı Sergey Mardan Orsk neft emalı zavoduna pilotsuz təyyarənin hücumu ilə bağlı xəbərlərdən sonra Qazaxıstanda “reydin” keçirilməsinə və Astananın guya “təmizlənməsinə” çağırıb.
xəbər verir ki, rusiyalı təbliğatçı bununla bağlı öz telegram-kanalında paylaışım edib.

“Orsk Neft Emalı zavoduna dronlarla hücum edilib. Ukrayna sərhədindən Orska qədər olan məsafə 1400 kilometrdir. Dronların Qazaxıstandan buraxıldığı aydındır. Beləliklə, sual yaranır: Rusiyanın milli təhlükəsizliyinə təhdidləri aradan qaldırmaq üçün “müstəqil” Qazaxıstana reyd keçirməyin vaxtı çatmayıbmı? Yaxşı olardı ki, dərhal Astanada “təmizlik” aparılsın”, - Sergey Mardan ehtirasları coşdurmaq məqsədilə təxribatçı sual verir.

Bu arada Ukrayna Təhülkəszilik Xidmətindəki (UTX) mənbəyə istinad edən “İnterfaks-Ukrayna” nəşri bildirib ki, qurumun “A” Xüsusi Əməliyyat mərkəzinin uzaqmənzilli PUA-larının bu dəfə 1400 km məsafədə yerləşən Orsk adlı yaşayış məntəqəsində hədəfi vurub.

Mənbə srkazmla Rusiyanın Orenburq vilayətindəki “Orsknefteorqsintez” neft emalı zavodunda “pambıq” yandığını deyib.

Məlumatda qeyd edilir ki, bu zavod gücü ildə 6,6 milyon ton neft olan dörd ilkin neft emalı qurğusuna malikdir. Müəssisədə 30-a yaxın müxtəlif növ məhsul istehsal olunur: benzin, dizel yanacağı, sürtkü yağları, təyyarə yanacağı, bitum, mazut.



Sahil İsgəndərov
AzVision.az


Teqlər: Rusiya   Qazaxıstan   çağırış  



Xəbər lenti