Yaponiyada hakim partiyaya ilk dəfə qadın rəhbərlik edəcək

Yaponiyada hakim partiyaya ilk dəfə qadın rəhbərlik edəcək
  04 Oktyabr 2025    Oxunub:1101
Yaponiyanın keçmiş İqtisadi Təhlükəsizlik naziri xanım Takaiçi Sanae hakim Liberal Demokrat Partiyasının (LDP) sədri seçilib.
AzVision.az Yaponiya mediasına istinadla xəbər verir ki, Takaiçi Sanae partiya rəhbəri yarışında 4 rəqibinə qalib gələrək, partiya tarixində ilk dəfə qadın lider olub. İlk raundda 5 namizəd arasında Takaiçi Sanae 183 səs, əsas rəqibi Şinciro Koizumi 164 səs toplayaraq, ikinci mərhələyə keçiblər. İkinci mərhələdə Takaiçi Sanae üstün olub.

Yaxın günlərdə parlamentdə hakim partiyanın yeni rəhbərinin ölkənin baş naziri vəzifəsinə namizədliyi səsə qoyulacaq. Bununla da o, Yaponiyanın ilk qadın Baş naziri ola bilər.

Xatırladaq ki, hazırkı Baş nazir Şiqeru İşiba sentyabrın əvvəlində hakim partiyanın rəhbəri vəzifəsindən istefa verdiyini açıqlayıb.

AzVision.az


Teqlər: Yaponiya   qadın   lider  



Xəbər lenti