Türkiyədən idxal edilən meyvə-tərəvəzin həcmi açıqlanıb

Türkiyədən idxal edilən meyvə-tərəvəzin həcmi açıqlanıb
  04 Oktyabr 2025    Oxunub:1274
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan Türkiyədən 15,871 milyon ABŞ dolları dəyərində meyvə və tərəvəz məhsulları idxal edib.
Bu barədə Türkiyə İxracatçılar Məclisi məlumat yayıb. Bildirilib ki, bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə 9,6% azdır. Təkcə sentyabrda isə Türkiyə Azərbaycana 1,775 milyon ABŞ dolları dəyərində meyvə və tərəvəz məhsulları ixrac edib ki. Bu da 1 il əvvələ nisbətən 5,7% azdır.

9 ayda Türkiyənin meyvə və tərəvəz məhsulları ixracının ümumi dəyəri illik müqayisədə 2,8% azalaraq 1,903 milyard ABŞ dollarına, sentyabrda isə 0,1% azalaraq 226,756 milyon ABŞ dollarına çatıb.

AzVision.az


Teqlər: Azərbaycan   Türkiyə   idxal  



Xəbər lenti