Almaniyanın müdafiə naziri bəzi deputatları tənqid edib
Boris qeyd edib ki, fikir ayrılıqlarının aradan qaldırılması üçün qanun layihəsinə əlavə və dəyişikliklərin edilməsi və ekspert dinləmələrinin keçirilməsi imkanları mövcuddur.
Almaniya Müdafiə Nazirliyinin rəhbəri vurğulayıb ki, qanun layihəsinin ilk oxunuşunun pilotsuz təyyarələrlə bağlı insidentlərə görə təxirə salınması fraksiyanın yanaşmasının uyğunsuzluğunu nümayiş etdirir. Nazirin fikrincə, bununla Xristian Demokrat İttifaqı/Xristian Sosial İttifaqı inam yaratmaq əvəzinə hökumətin reputasiyasına xələl gətirir:
“Ona görə də blokun Bundestaqdakı fraksiyasını öz iş qrafikinə sadiq qalmağa və parlament proseduruna uyğun hərəkət etməyə çağırıram”.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


