Almaniyanın hakim koalisisyasına etimad azalıb
XDİ/XSİ-nin dəstək səviyyəsi indi 24% təşkil edir ki, bu da əvvəlki həftədən bir faiz aşağıdır və mühafizəkarların son altı ayda ən pis göstəricidir.
Sosial Demokratlar da cəmi 14% səs toplayaraq bir xal itirib. Bu o deməkdir ki, XDİ/XSİ-ASDP koalisiyasının ümumilikdə cəmiyyətdə 38% dəstəyi var ki, bu da may ayında hökumət qurulandan bəri ən aşağı nəticədir.
“XDİ/XSİ və ASDP birlikdə 7 faiz dəstəkdən məhrum olublar ki, bu da təxminən hər altı seçicidən birinin itirilməsi deməkdir”, - hesabatda vurğulanır.
Reytinqlərə 26% səslə Almaniya üçün Alternativ (AfD) başçılıq edir. Öz nəticəsini bir faiz yaxşılaşdıraraq 12% toplayan Sol partiya 11% faiz səs toplayan “Yaşıllar”ı arxada qoyub.
Sentyabrın 29-dan oktyabrın 2-dək keçirilən rəy sorusunda 1186 respondent iştirak edib.
Sahil İsgəndərov
AzVision.az
Teqlər: Almaniya hakimiyyət reytinq







Vaxtında, Aydın, Lazımlı!


