İran HDQ komandanı Rusiyaya gedib | VİDEO

   İran HDQ komandanı Rusiyaya gedib |    VİDEO
  06 Oktyabr 2025    Oxunub:533
İranın Hərbi Dəniz Qüvvələrinin (HDQ) komandanı Şəhram İrani Xəzər dənizi ölkələrinin HDQ komandirlərinin iclasında iştirak məqsədilə Rusiyanın Sankt-Peterburq şəhərinə yollanıb.
Bu barədə Rusiyanın "RİA Novosti" xəbər agentliyi ölkədəki İran səfirliyinə istinadən məlumat yayıb. Eyni zamanda, İranın dövlət televiziyası "İRİB" xəbər verib ki, Şəhram İrani Sankt-Peterburqda Rusiya, Azərbaycan və Qazaxıstandan həmkarları ilə görüşəcək.

Komandanın həmçinin Finlandiya körfəzindəki bir sıra hərbi dəniz bazasına baş çəkəcəyi də gözlənilir.

Firudin Həmidli
AzVision.az


Teqlər: İran   HDQ   Rusiya   səfər  



Xəbər lenti