AFP: "ABŞ hökuməti hələ həftələrlə bağlı qalacaq"

      AFP:    "ABŞ hökuməti hələ həftələrlə bağlı qalacaq"
  06 Oktyabr 2025    Oxunub:760
"ABŞ-də demokratlar və respublikaçılar arasında siyasi qarşıdurma federal hökumətin müvəqqəti bağlanmasını uzunmüddətli böhrana çevirə bilər".
"Agence France-Presse" xəbər agentliyi öz mənbələrinə istinadən bildirir ki, Vaşinqtonda hökumətin iflic vəziyyətinə düşməsinə baxmayaraq, artıq ikinci həftədir ki, tərəflər hər hansı güzəştə getmək fikrində deyillər. Nyu-Yorklu senator Çak Şumerin keçmiş mətbuat katibi Endrü Konesçuskinin sözlərinə görə, "şatdaun"un günlərlə yox, həftələrlə çəkməsi hazırkı vəziyyətdə "tamamilə mümkündür".

"Hər iki tərəf inadla öz dediyinin arxasında durur. Kompromisdən söhbət gedə bilməz", - katib söyləyib.

Analitiklərin fikrincə, müvəqqəti razılaşmanın oktyabrın sonunadək baş tutması mümkündür, amma hökumətin "özünə gəlməsi" üçün azı 2 ay vaxt lazımdır: "Çünki hökumətin əməliyyatları ciddi şəkildə pozulub, eyni zamanda, "şatdaun" daxili təhlükəsizliyə də təsir göstərib".
ABŞ-də "şatdaun" | Diplomat tapılmır

Xatırladaq ki, oktyabrın 1-də ABŞ federal hökuməti qismən "bağlanıb". Bu, respublikaçılar ilə demokratların büdcə xərcləri üzrə razılığa gələ bilmədikləri üçün baş verib. Bu çərçivədə dövlət təşkilatları öz işini dayandırıb, sosial proqramlar dondurulub, yüz minlərlə dövlət işçisi ödənişsiz məzuniyyətə göndərilib. Tərəflərin razılığa gələ bilmədikləri məsələ demokratların səhiyyə subsidiyalarının müddətini uzatmaq tələbi ilə əlaqədardır. Milyonlarla aşağı gəlirli amerikalı üçün bu, xərclərin kəskin artması deməkdir.

Firudin Həmidli
AzVision.az


Teqlər:   ABŞ   şatdaun  



Xəbər lenti