Amsterdamda 250 min insan Qəzza üçün küçəyə çıxdı | FOTO

Amsterdamda 250 min insan Qəzza üçün küçəyə çıxdı    |  FOTO
  06 Oktyabr 2025    Oxunub:669
Amsterdamda keçirilən Qəzzaya dəstək mitinqinə 250 min nəfər qatılıb. Onlar Niderland hökumətinin İsrailin Qəzza zolağında törətdiklərinə daha sərt yanaşmasını tələb ediblər.
Aksiya iştirakçıların çoxu İsrailin Qəzza zolağını təcrid etməsinə etirazın simvolu sayılan qırmızı rəngli geyimdə olublar. Onlar Fələstinin bayraqlarını qaldırıb, “Fələstinə azadlıq”, “İsrailə ayıb olsun”, “Qəzza azad olmayınca biz də azad deyilik” kimi şüarlar səsləndiriblər.

“Qırmızı xətt” adlanan marş Haaqada başlayan aksiyaların davam olub.

Tariyel




Teqlər: Qəzza  



Xəbər lenti