Vodolatski: "Aİ kəşfiyyatı Cənubi Qafqazı güdür"
"Həm Avropa İttifaqının, həm də ayrı-ayrılıqda Avropa ölkələrinin kəşfiyyat xidmətləri istənilən postsovet ölkəsini təhlükə sayır. Həmin təşkilatlar belə qənaətdədirlər ki, adları çəkilən ölkələr "bəşəri dəyərlər, dərin tarixi köklər üçün bəladır". Onlar possovet məkanını qarışdırmaq, buradakı dövlətləri sürüyə çevirmək, vaxtı ikən Ukraynanın düşdüyü tələyə salmaq məqsədi güdürlər", - Viktor Vodolatski deyib.
Birinci müavin vurğulayıb ki, Avropa İttifaqı hazırda "yol ayrıcında qalan" digər ölkələrlə əlaqədar da oxşar siyasət yürüdür: "Bu ölkələr Ukraynada baş verənlərdən nümunə götürməlidirlər".
Firudin Həmidli
AzVision.az
Teqlər: Rusiya Aİ Cənubi-Qafqaz







Vaxtında, Aydın, Lazımlı!


