Ərdoğan: “Türk axını ölkəni xilas edib”

      Ərdoğan:    “Türk axını ölkəni xilas edib”
  06 Oktyabr 2025    Oxunub:879
“Türk axını” kəməri sayəsində ölkə Rusiya-Ukrayna müharibəsi səbəbindən problemlərlə üzləşən Avropadan fərqli olaraq, qaz təchizatında ciddi fasilələrin qarşısını alıb.
AzVision.az Rusiyanın “TASS” agentliyinə istinadən xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda keçirilən enerji səmərəliliyi forumunda belə deyib.

“Biz qaz mənbələrimizi şaxələndiririk. Təchizat logistikasında vahid təchizat mənbəyinə və vahid marşruta malik olmaq ciddi risklər daşıyır. Avropalı dostlarımız bu çətinlikləri Rusiya ilə Ukrayna arasında müharibənin ilk aylarında öz üzərlərində yaşadılar. “Türk axını” sayəsində bu dövrü ən az itki ilə keçən ölkələrdən biri olduq”, - Türkiyə lideri vurğulayıb.

Xatırladaq ki, bundan əvvəl Türkiyənin Energetika naziri Alparslan Bayraktar ABŞ-nin Moskvadan idxalı dayandırmaq barədə çağırışlarına baxmayaraq, Ankaranın Rusiya qazını almağa davam edəcəyini diqqətə çatdırıb.

- Biz Rusiya, Azərbaycan və Türkmənistandan qaz almalıyıq. Türkiyə öz ehtiyacları əsasında enerji idxal edir”, - Alparslan Bayraktar deyib.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   Ərdoğan   Türkaxını   əhəmiyyət  



Xəbər lenti