Ukraynada 5 minədək kubalı döyüşür
Qeyd olunur ki, Donald Tramp administrasiyası bu məlumatdan istifadə edərək BMT-də Kuba əleyhinə sanksiyaların ləğvini tələb edən qətnaməyə qarşı mövqeləri gücləndirməyə çalışıb.
Dövlət Departamentinin nümayəndəsi əlavə təfərrüatları açıqlamasa da, Vaşinqtonun Kubada muzdluların cəlb edilməsinə dair sübutlara malik olduğunu təsdiqləyib.
“Kuba rejimi öz vətəndaşlarını Rusiya–Ukrayna müharibəsində piyada kimi istifadə edilməkdən qoruya bilmədi”, - deyə ABŞ rəsmisi vurğulayıb.
Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin mətbuat katibi Andrey Yusov Rusiyanın tərəfində 20 minədək kubalı muzdlu döyüşçü iştirak edə biləcəyini söyləyib. Ukraynalı rəsminin söylədiklərinə əsasən, onlardan azı 39 nəfərin həlak olduğu artıq təsdiqlənib.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


