Qətər XİN: "Müharibə yalnız bir halda qurtarmış sayılacaq"

      Qətər XİN:    "Müharibə yalnız bir halda qurtarmış sayılacaq"
  07 Oktyabr 2025    Oxunub:1122
"İsrail Ordusu ABŞ Prezidenti Donald Trampın sülh planı çərçivəsində Qəzza zolağında hərbi əməliyyatları artıq dayandırmalıdır".
Bu sözləri Qətərin Xarici İşlər Nazirliyinin mətbuat katibi Məcid Əl-Ənsari jurnalistlərə açıqlamasında dilə gətirib. O söyləyib ki, yaxın günlərdə atəşkəs üzrə danışıqların nəticəsini gözlənilir.

"Müharibənin başa çatması üçün əvvəla İsrail tərəfi addım atmalıdır. Baş nazir Benyamin Netanyahu Donald Trampın planına həqiqətən də sadiqdirsə, atəşkəs çoxdan baş tutmalı idi. Ümumiyyətlə isə, Misirdəki danışıqlar fonunda 20 bəndlik planda nəzərdən keçiriləsi məqam çoxdur. Danışıqların nəticəsi barədə nikbin, yaxud bədbin reaksiya vermək hələ tezdir", - katib vurğulayıb.

Məcid Əl-Ənsarinin fikrincə, ABŞ Prezidentinin planına alternativ təkliflər üzərində, həmçinin Fələstinin iranyönümlü HƏMAS terror təşkilatının Qətərdəki siyasi gələcəyini haqqında müzakirə aparmaq hələ tezdir.
Axios: "Vasitəçilər HƏMAS-ı müharibəyə son qoymağa çağırırlar"

Xatırladaq ki, ötən ay İsrail Hərbi Hava qüvvələri Qətərin paytaxtı Dohada HƏMAS-ın bir sıra ali liderinin toplaşdığı nöqtəyə aviazərbə endirib. Bir sıra dünya lideri, o cümlədən ABŞ Prezidenti Donald Tramp İsrailin bu gözlənilməz hücumunu pisləyərək, İsrail və HƏMAS arasında "atəşkəs danışıqlarına vurulan zərbə" adlandırıb. Eyni zamanda, Qəzza zolağında müharibənin həlli istiqamətində əsas vasitəçilərdən sayılan Qətər hökuməti də bu məsələnin onlar üçün artıq "ikinci plana keçdiyini" bildirib.

Firudin Həmidli
AzVision.az


Teqlər:   Qətər   İsrail   HƏMAS   müharibə   danışıqlar  



Xəbər lenti