Rusiya Ukraynaya hava zərbələri endirib

Rusiya Ukraynaya hava zərbələri endirib
  08 Oktyabr 2025    Oxunub:987
Ukraynanın Çerniqov və Dnepropetrovsk vilayətləri oktyabrın 8-nə keçən gecə Rusiya dronlarının hücumuna məruz qalıb.
AzVision.az Ukrayna mediasına istinadən xəbər verir ki, Çerniqov vilayətində dəmir yolu obyektlərinə hücum edilib. Zərbə “Nejin-Kiyev” marşrutu boyunca relsləri zədələyib.

“Enerji obyektinə də hücum edilib. 4500-dən çox müştəri işıqsız qalıb. Çerniqov vilayətinin Priluki şəhərində pilotsuz təyyarənin endirilməsi neft bazasında yanğına səbəb olub”, - Çerniqov vilayəti administrasiyasının rəhbəri Vyaçeslav Çaus bildirib.

Qubernator Sergey Lısakın açıqlamasına görə, Dnepropetrovsk vilayətində Krivoy Roq, Nikopol və Sinelnikivski rayonları vurulub. Beş nəfər yaralanıb. İnfrastruktur dağılıb, yaşayış binalarına ziyan dəyib.

Rusiyada hərbi yüklü qatar partladılıb | VİDEO
Ukraynanın “DTEK” energetika şirkəti İstilik Elektrik stansiyalarından (İES) birinə pilotsuz təyyarənin hücum etdiyini bildirib.

- Hücum İES-in avadanlıqlarına ciddi ziyan vurub və iki yaralı var”, - şirkətin məlumatında deyilir.

Lakin söhbətin hansı İES-dən getdiyi dəqiqləşdirilməyib.

Ukrayna Hərbi Hava qüvvələrinin Komandanlığı, öz növbəsində, bildirib ki, oktyabrın 8-nə keçən gecə Rusiyanın Ukrayna ərazisinə buraxdığı müxtəlif tipli 183 PUA-dan 154-ü zərərsizləşdirilib.

Xatırladaq ki, daha əvəvl Ukrayna Müdafiə azirliyinin Baş Kəşfiyyat İdarəsindəki (BKİ) mənbəyə istinad edən “Ukrainska Pravda” nəşri “naməlum partizanlar”ın Rusiyanın Leninqrad vilayətində “Stroqanovo-Mşinskaya” dəmir yolu xəttində partlayış törətdiyini yazıb.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   Rusiya   Ukrayna   zərbələr  



Xəbər lenti