Myanma hökuməti etirazçıları bombalayıb

Myanma hökuməti etirazçıları bombalayıb
  08 Oktyabr 2025    Oxunub:993
Myanmanın mərkəzində motorlu paraplan təyyarəsi “Tadinqyut” buddist festivalı və hərbi xuntaya qarşı dinc etiraz aksiyası iştirakçılarının üzərinə bomba atıb.
AzVision.az yerli mətbuata istinadən xəbər verir ki, Myanma hakimiyyətinin bu cinayətkar əməli nəticəsində uşaqlar da daxil olmaqla ən azı 40 adam həlak olub, 80-ə yaxın insan isə yaralanıb.

“Amnesty İnternational” da daxil olmaqla insan haqları qrupları hücumu pisləyib və mülki insanları müdafiə etməyə çağırıb.

2021-ci ildə baş verən hərbi çevrilişdən sonra Myanma səngiməyən vətəndaş müharibəsi dövrünə daxil olub. Ölkənin böyük hissəsinə nəzarəti itirməsinə baxmayaraq, hərbçilər müqavimət bölgələrinə qarşı hücumlarını davam etdirirlər.

Çevrilişdən sonra ilk seçkilərin keçirilməsi 2025-ci ilin dekabrına təyin edilib. Lakin bunu formalizm kimi qiymətləndirən tənqidçilər yeni zorakılıq dalğasının qızışacağından ehtiyatlanırlar.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Myanma   etirazçılar   bomba  



Xəbər lenti