AB 61 ölkəyə vizasız rejimi məhdudlaşdırır

AB 61 ölkəyə vizasız rejimi məhdudlaşdırır
  08 Oktyabr 2025    Oxunub:999
Avropa Parlamenti 61 ölkə vətəndaşlarının vizasız gediş-gəlişini məhdudlaşdıran yeni reqlamenti təsdiqləyib. Siyahıya Gürcüstan da daxildir.

AzVision.az xəbər verir ki, bu barədə Avropa Parlamentinin mətbuat xidməti məlumat yayıb.

Yeni mexanizm Avropa Komissiyasına təhlükəsizliyə təhdid yaradan və ya insan hüquqlarını pozan bəzi ölkələrə viza tələblərini yenidən tətbiq etməyə imkan verir.

Gürcüstanda məhdudiyyət yalnız məmurlara şamil edilir.

AzVision.az



Teqlər:



Xəbər lenti