Tramp Yaxın Şərqə səfər edə bilər

   Tramp Yaxın Şərqə səfər edə bilər
  09 Oktyabr 2025    Oxunub:838
ABŞ prezidenti Donald Tramp Yaxın Şərqə planlaşdırdığı səfər çərçivəsində Qəzza zolağına gedəcəyini istisna etməyib.
AzVision.az xəbər verir ki, Amerika lideri Ağ Evdə jurnalistlərə söhbətində belə deyib.

“Ola bilsin ki, bunu edim. Biz hələ yekun qərar verməmişik. Yəqin ki, mən Misirə gedəcəyəm. Hazırda hamı orada toplaşıb”, - ABŞ prezidenti Yaxın Şərqə səfəri çərçivəsində Fələstin anklavına gedə biləcəyi barədə sualın cavabında bildirib.

Donla Tramp, eyni zamanda Fələstinin HƏMAS hərəkatı tərəfindən girovların azad edilməsinin onun bölgəyə səfəri üçün ilkin şərt olmadığını vurğulayıb.

- Düşünürəm ki, bu baş verməmişdən əvvəl də gedə bilərəm, ya da bir qədər sonra. Ümumiyyətlə, tərəflər Qəzza zolağında vəziyyətin nizamlanmasına dair razılaşmaya çox yaxındır”, - Ağ Evin rəhbəri vurğulayıb.

Xatırladaq ki, Amerika lideri jurnalistlərlə söhbətində daha əvvəl regiondakı vəziyyətin həlli ilə bağlı danışıqlar aparmaq üçün bu həftə sonu Yaxın Şərqə səfər edə biləcəyini açıqlayıb. Tramp bunun oktybarın 11-də və ya 12-də baş verə biləcəyini deyib.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Tramp   Qəzza   səfər  



Xəbər lenti