Qəzzada atəşkəs imzalanıb | FOTO/VİDEO

   Qəzzada atəşkəs imzalanıb |  FOTO/VİDEO
  09 Oktyabr 2025    Oxunub:755
Fələstinin iranyönümlü HƏMAS terror təşkilatı ABŞ Prezidenti Donald Trampın təklifi üzrə İsraillə Qəzza zolağında atəşkəsə razılıq verib.
İsrail mətbuatının rəsmi mənbələrə istinadən yaydığı məlumata əsasən, tərəflər arasında atəşkəsin ilkin mərhələsi üzrə razılaşma Misirdə keçirilən danışıqlar çərçivəsində baş tutub. Eyni zamanda, Donald Tramp da xəbəri şəxsən bölüşərək, Qəzzada saxlanılan əsirlərin gələn həftə azadlığa buraxılacaqlarını, habelə ölənlərin cəsədlərinin təhvil veriləcəyini söyləyib.

Müharibənin həlli üzrə əsas vasitəçilərdən sayılan Qətər tərəfi isə diqqətə çatdırıb ki, atəşkəs sazişinin təfərrüatı yaxın günlərdə açıqlanacaq.

Hazırda İsrail xalqı və xüsusilə əsirlərin yaxınları, habelə fələstinlilər atəşkəs münasibətilə bayram şənikləri keçirir, Donald Trampa öz təşəkkürlərini bildirirlər.

Digər tərəfdən, İsrail Silahlı Qüvvələrinin məlumatına əsasən, Qəzza zolağının şimal hissəsi hələ də müharibə ərazisidir. Bu baxımdan əhaliyə ehtiyatlı davranmaları, eyni zamanda, hər cür ssenariyə hazır durmaları bildirilib.

Firudin Həmidli
AzVision.az


Teqlər: İsrail   HƏMAS   Qəzza   atəşkəs  



Xəbər lenti