Kiyev Rusiyaya qarşı xüsusi əməliyyat hazırlayır

Kiyev Rusiyaya qarşı xüsusi əməliyyat hazırlayır
  09 Oktyabr 2025    Oxunub:1214
“Ukrayna Təhülkəsizlik Xidmətinin (UTX) rəhbəri Vasil Malyukun hesabatını dinlədim və “bəzi planlar”ı razılşadırdım”.
AzVision.az xəbər verir ki, Ukrayna prezidenti Volodimir Zelenski belə açıqlama səsləndirib.

“UTX-nin sədri Vasil Malyukun bu gün yaxşı hesabatı oldu. Əməliyyatlarımıza gəlincə, mən Rusiya müharibəsinə asimmetrik reaksiyamızla bağlı bəzi planlar barədə UTX ilə razılaşdım”, - Zelenski xalqa axşam müraciətində deyib.

Ukrayna liderinin sözlərinə görə, Malyukla cəbhənin müxtəlif yerlərində, o cümlədən Pokrovskda müdafiə qüvvələrinin digər komponentləri ilə yanaşı döyüşən UTX-nin Xüsusi Əməliyyatlar Mərkəzinin “A Xidməti” əsgərlərinin fəaliyyətini müzakirə edib.

Daha əvəvl Zelenski bildirib ki, Ukraynanın uzaqmənzilli pilotsuz təyyarələri Rusiyadakı hərbi hədəflərin məhv olunmasında artan effektivlik nümayiş etdirir. UTX-nin rəhbəri Malyuk isə, Rusiyanın hava hücumundan müdafiə sistemlərinin məhv edilməsində əhəmiyyətli nəticələr qazanıldığını diqqətə çatdırıb.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Ukrayna   Rusiya   əməliyyat  



Xəbər lenti