NATO Rusiya təyyarələrini vuracaqmı?

   NATO Rusiya təyyarələrini vuracaqmı?
  09 Oktyabr 2025    Oxunub:1099
Ukraynanın NATO-dakı müttəfiqləri Rusiyanın təxribatlarına daha möhkəm cavab verməyi, yəni Rusiya ilə sərhəddə silahlı PUA-ların yerləşdirilməsi və pilotların Rusiya təyyarələrini atəşə tutmasına icazə verən məhdudiyyətlərin yumşaldılmasını müzakirə edirlər.
AzVision.az xəbər verir ki, NATO-nun təmsilçilərinə istinad edən “Financial Times FT” nəşri belə məlumat yayıb.

Qəzetin yazdığına görə, danışıqlar haqqında məlumatlandırılan məmurlar bildiriblər ki, məqsəd Moskvanın “hibrid müharibəsi”nin xərclərini artırmaq, Rusiya PUA-larının və təyyarələrinin hava məkanını bir neçə dəfə pozmasından sonra aydın əks tədbirləri müəyyənləşdirməkdir.

“Təkliflərə Rusiyanın hərbi fəaliyyəti ilə bağlı kəşfiyyat məlumatlarının toplanması üçün istifadə olunan müşahidə PUA-larının silahlandırılması və Rusiya təhdidlərini zərərsizləşdirmək üçün şərq sərhədində patrulluq edən pilotlara tələblərin azaldılması daxildir. Digər variant isə NATO-nun Rusiya ilə sərhəddə, xüsusən də sərhədin daha ucqar və mühafizə olunmayan hissələrində hərbi təlimlər keçirməkdir”, - nəşr vurğulayır.

NATO Rusiyaya xəbərdarlıq edib
Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp daha əvvəl bəyan etmişdi ki, NATO müttəfiqlərinin ərazisini pozan Rusiya təyyarələrinə atəş açmalıdır. Bu bəyanat Polşanın hava məkanında baş verən insidentdən sonra, eləcə də Rusiya pilotsuz təyyarələrinin Rumıniya ərazisinə daxil olması və “MiQ” qırıcılarının Estoniya hava məkanına keçməsindən sonra verilib.

Məmurlardan biri bəzi ölkələrin NATO-nun daha aqressiv mövqe tutmasına can atdıqrlarını diqqətə çatdırıb. Lakin digər alyans üzvləri Rusiya kimi nüvə dövləti ilə birbaşa qarşıdurma riskləri səbəbindən daha mühafizəkar reaksiya verməyi məsləhət görürlər.

- Rusiyanın hərəkətlərinə necə ən yaxşı və ən effektiv cavab veriləcəyi ilə bağlı fəal müzakirələr gedir. Bununla belə, danışıqlar hələ ilkin mərhələdədir”, - NATO diplomatlarından biri xəbərdarlıq edib.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   NATO   Rusiya   cavab  



Xəbər lenti