İsrailin saxladığı türkiyəli deputatlar Azərbaycana gətirilir

    İsrailin saxladığı türkiyəli deputatlar Azərbaycana gətirilir
  09 Oktyabr 2025    Oxunub:1565
İsrailin Qəzzaya humanitar yardım aparan Qlobal Sumud Flotilyasında saxladığı Türkiyənin Səadət Partiyasının deputatları Necmettin Çalışkan, Mehmet Atmaca və Gələcək Partiyasının millət vəkili Sema Silkin Ün Azərbaycana gətirilir.
AzVision.az xarici mətbuata istinadən xəbər verir ki, bunu Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Öncü Keçel bildirib. Onun sözlərinə görə, üç deputat Türkiyəyə gətirilmək üçün Azərbaycana yola salınıb.

Qeyd edək ki, deputatlar oktyabrın 8-də İsrailin Aşdod limanından Təl-Əvindəki Ben Qurion Hava Limanına gətiriliblər. Qlobal Sumud Flotilyası Qəzzaya humanitar yardım aparıb.

AzVision.az


Teqlər: Qəzza   Türkiyə  



Xəbər lenti