Tramp: “Ukrayna münaqişəsi İkinci Dünya müharibəsindən pisdir” | VİDEO

      Tramp:    “Ukrayna münaqişəsi İkinci Dünya müharibəsindən pisdir”     | VİDEO
  10 Oktyabr 2025    Oxunub:1120
Ukrayna və Rusiya tezliklə danışıqlar masası arxasına əyləşəcəklər. Çünki tərəflərin bunun üçün “bir çox səbəbləri var.
AzVision.az xəbər verir ki, ABŞ prezidenti Donald Tramp finlandiyalı həmkarı Aleksandr Stubbla Ağ Evdə görüşü zamanı belə deyib.

Ukraynada sülh razılaşması üçün təzyiqi artırmaq niyyətində olub-olmaması ilə bağlı sualın cavabında Amerika lideri artıq bunu NATO müttəfiqləri ilə birlikdə etdiyini bildirib.

“Hamımız təzyiqi artırırıq. NATO əla iş görür və onlar təzyiqi gücləndirirlər. Biz isə NATO-ya çoxlu silah satırıq və məncə onlar əsasən Ukraynaya gedir. Bu onlardan asılıdır. Amma onlar ABŞ-dən silah alırlar. Biz razılaşma əldə edirik. Dünyanın ən yaxşı silahları”, - ABŞ prezidenti vurğulayıb.

Ağ Ev rəhbərinin sözlərinə görə, Ukrayna münaqişəsi müasir dövrün ən dağıdıcı müharibələrindən birinə çevrilib.

- Bu, dəhşətli müharibədir. İkinci Dünya müharibəsindən də betər idi. Siz öldürülən insanlara baxın. Bu, Rusiya və Ukraynadır. Düşünürəm ki, biz bunu da edəcəyik. Onların bunu etmələri üçün çoxlu səbəblər var və düşünürəm ki, tezliklə danışıqlar masasına oturacaqlar”, - Donald Tramp deyib.

Amerika lideri həmçinin qeyd edib ki, Vaşinqton Rusiyaya qarşı əlavə sanksiyaların tətbiqi imkanını nəzərdən keçirir, lakin bunun üçün “hər şey diplomatik prosesin gedişindən asılı olacaq”.



Sahil İsgəndərov
AzVision.az



Teqlər: Tramp   Stubb   Ukrayna  



Xəbər lenti