Almaniya Qəzzaya 30 milyonluq yardım göndərəcək

   Almaniya Qəzzaya 30 milyonluq yardım göndərəcək
  10 Oktyabr 2025    Oxunub:1468
Almaniya hökuməti qüvvəyə minmiş atəşkəs fonunda Qəzza zolağına təcili humanitar yardım məqsədilə 29 milyon avro (34 milyon dollar) ayıracaq.
Bu barədə Almaniya Kansleri Fridrix Merts özünün "X" hesabında yazıb. O həmçinin diqqətə çatdırıb ki, Misirlə birlikdə Qəzzanın bərpasına dair konfransın keçirilməsi planlaşdırılır.

"ABŞ Prezidenti Donald Trampın təklifi çərçivəsində sülh prosesində Berlin də öz üzərinə məsuliyyət götürəcək", – Kansler bildirib.
Yaxın Şərqə əlavə ABŞ qoşunu göndərilir

Xatırladaq ki, Fələstinin iranyönümlü HƏMAS terror təşkilatı ABŞ Prezidenti Donald Trampın təklifi üzrə İsraillə Qəzza zolağında atəşkəsə razılıq verib. ABŞ Prezidenti Donald Tramp da xəbəri şəxsən bölüşərək, Qəzzada saxlanılan əsirlərin gələn həftə azadlığa buraxılacaqlarını, habelə ölənlərin cəsədlərinin təhvil veriləcəyini söyləyib. Hazırda onun Yaxın Şərqə, habelə İsrailə səfəri gözlənilir.

Firudin Həmidli
AzVision.az


Teqlər:   Almaniya   Qəzza   atəşkəs   yardım  



Xəbər lenti