Lukaşenko İlham Əliyevin yanında Paşinyanla zarafat edib | VİDEO

   Lukaşenko İlham Əliyevin yanında Paşinyanla zarafat edib    |  VİDEO
  10 Oktyabr 2025    Oxunub:954
Belarus prezidenti Aleksandr Lukaşenko Düşənbədə keçirilən MDB sammiti ərəfəsində Ermənistanın baş naziri Nikol Paşinyanla zarafatlaşıb.
AzVision.az xəbər verir ki, Aleksandr Lukaşenko Azərbaycan prezidenti İlham Əliyevə müraciət edib: “İlham Heydəroviç, siz dünən narahat idiniz, onun gəlməyəcəyini dediniz. Amma mən dedim ki, Nikol Vovayeviç bizsiz nə edəcək!”

Putin Paşinyanla razılaşmayıb | VİDEO
Onun yanında əyləşən Ermənistanın baş naziri Nikol Paşinyan isə “Necə yəni gəlməyəcəyəm?” cavabını verib.

Xatırladaq ki, sammit çərçivəsində Rusiya prezidenti Vladimir Putinlə Nikol Paşinyan arasında mübahisə də olub.



Sahil İsgəndərov
AzVision.az


Teqlər:   Lukaşenko   Paşinyan   zarafat  



Xəbər lenti