ABŞ-də müdafiə şirkətinin zavodunda güclü partlayış baş verib, ölənlər var

ABŞ-də müdafiə şirkətinin zavodunda güclü partlayış baş verib, ölənlər var
  10 Oktyabr 2025    Oxunub:868
ABŞ-nin Tennessi ştatında yerli müdafiə şirkəti "Accurate Energetic Systems"ə məxsus partlayıcı maddələr zavodunda güclü partlayış baş verib.

AzVision.az Report-a istinadən xəbər verir ki, bu barədə BBC məlumat verib.

Məlumata görə, partlayış nəticəsində bir neçə nəfər ölüb. Dəqiq say müəyyənləşdirilir.

Hikman dairəsinin şerifinin ofisi partlayışı təsdiqləyib. Məlumata görə, zavod Baksnort rayonunda yerləşir.

Hazırda Fövqəladə Hallar Xidmətinin əməkdaşları hadisə yerində fəsadların aradan qaldırılması üçün çalışır.

AzVision.az







Teqlər:



Xəbər lenti