Tramp Putinə növbəti dəfə xəbərdarlıq edib

   Tramp Putinə növbəti dəfə xəbərdarlıq edib
  13 Oktyabr 2025    Oxunub:1070
Rusiya ilə müharibə həll olunmasa, Vaşinqton Ukraynaya “Tomaqavk” raketləri göndərməyə hazırdır.
AzVision.az xəbər verir ki, ABŞ prezidenti Donald Tramp Putinlə danışıqların mümkünlüyü barədə sualın cavabında belə deyib.

“Mən Putinlə danışa və deyə bilərəm: baxın, bu müharibə həll olunmasa, mən Ukrayna tomaqavklar göndərəcəyəm. Bunu deyə bilərəm. “Tomahawk” “yüksək hücum silahı” və “yeni təcavüz addımı”dır. Açığını deyim ki, bu, Rusiyaya lazım deyil. Amma münaqişə həll olunmasa, biz bunu edə bilərik”, - Ağ Evin rəhbəri diqqətə çatdırıb.

Tramp: “Qəzzada müharibə bitib”
Amerika lideri həmçinin vurğulayıb ki, prezident Putin bu münaqişəni həll etsəydi, əla görünərdi. Tramp bunun baş verəcəyinə ümid etdiyini deyib.

- Əgər belə olmasa, bu, onun üçün pis nəticələr verəcək”, - ABŞ prezidenti Moskvaya xəbərdarlıq edib.

Pakistan və Əfqanıstan arasında toqquşmalar barədə eşitdiyini də bildirən Donald Tramp hazırda diqqətini digər münaqişələrin həllinə cəmlədiyi üçün “bunun gözləməli olacağını” vurğulayıb: “Sülh yaratmağı mən yaxşı bacarıram”.

Xatırladaq ki, jurnalistlərlə bu söhbətində Amerika lideri Qəzza zolağında müharibənin bitdiyini diqqətə çatdırıb.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   Tramp   Putin   xəbərdarlıq  



Xəbər lenti