Bütün israilli girovlar azad edilib | VİDEO

   Bütün israilli girovlar azad edilib    | VİDEO
  13 Oktyabr 2025    Oxunub:1155
Fələstinin HƏMAS hərəkatının 2023-cü ilin oktyabrından bəri saxladığı sağ qalan bütün girovlar azad olunub.
İsrail mediasına istinadən xəbər verir ki, söhbət Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) vasitəçiliyi ilə İsrail tərəfinə təhvil verilən 20 nəfərdən gedir.

“HƏMAS-ın sözçüsü təşkilatın artıq heç bir canlı girov saxlamadığını təsdiqləyib. Əvvəlcə 7 girov azad olunub. Sonradan girovların ikinci qrupu - 13 nəfər Qırmızı Xaç nümayəndələrinə təhvil verilib və daha sonra İsrailə aparılıb”, - İsrailin “9-cu kanal” telekanalının yaydığı məlumatda deyilir.

Tramp Nil ordeni alacaq
Sağ qalan bütün girovların azad olunması Misir və Qətərin vasitəçiliyi ilə İsraillə HƏMAS arasında payızın əvvəlindən davam edən danışıqlarda əsas hadisədir.

Xadırladaq ki, sösügedən məsələdə uğurlu siyasətə görə, Misir ABŞ prezidenti Donald Trampı Nil ordeni, İsrail isə Şərəf medalı ilə təltif etmək qərarına gəlib.





Sahil İsgəndərov


Teqlər:   İsrail   girovlar   azadlıq  



Xəbər lenti