Papoyan: “İrəvan Türkiyə sərmayələrinin əleyhinə deyil”
Papoyan artıq 2012-ci ildən etibarən bir neçə türk şirkətinin, o cümlədən geyim brendlərinin Ermənistan bazarında fəaliyyət göstərdiyini diqqətə çatdırıb.
“Mən bu investisiyaları alqışlayıram. Maliyyə sərmayəsi olmadan qonşu ölkələr arasında davamlı sülh mümkün deyil. Əgər biz həqiqətən də regionda sabit sülh istəyiriksə, bu, iqtisadi inkişafla dəstəklənməlidir”, - erməni nazir bildirib.
Onun sözlərinə görə, iqtisadi əlaqələr olmadan sülh yalnız nəfəs dərmək üçün müvəqqəti möhlətdir. Bu nöqteyi-nəzərdən, sülhün bərqərar olmasından və sərhədlərin açılmasından sonra Ermənistana xarici sərmayələrin, o cümlədən Türkiyədən daxil olması tamamilə təbiidir.
- Erməni sahibkarlar da öz növbəsində qonşu ölkələrə sərmayə yatıra biləcəklər. Əgər hər kəs iqtisadi qarşılıqlı əlaqə olmadan yaşaya bilən dövlətin qurulmasının mümkünlüyünü düşünürsə, bu, dərin yanlış fikirdir”, - Ermənistanın İqtisadiyyat naziri Gevorq Papoyan vurğulayıb.
Sahil İsgəndərov
AzVision.az
Teqlər: Türkiyə Ermənistan sərmayə







Vaxtında, Aydın, Lazımlı!


