Nəticələr açıqlandı: Ərdoğan liderdir (Yenilənib)
Nəticələrə görə Ərdoğan 53,5 faiz səslə birinci, 37,1 faiz səslə Əkmələddin İhsanoğlu ikinci, 9,14 faiz səslə Səlahəddin Dəmirtaş üçüncü yerdədir.
***
Türkiyə keçirilən prezident seçkilərinin ilkin nəticələri məlum olub.
AzVision.az xəbər verir ki, Türkiyənin Mərkəzi Seçki Komissiyasının elan etdiyi nəticələrə əsasən, AKP-nin prezidentliyə namizədi Rəcəb Tayyib Ərdoğan 54,86 faiz səslə rəqiblərini geridə qoyur.
Hazırda 64.16 faiz seçki qutusu açılıb.
Nəticələrə əsasən, ikinci yerdə 36.66 % səs faizi ilə müxaifətin namizədi Ekmələddin İhsanoğlu, üçüncü yerdə isə, 8.48 faiz səslə kürdyönümlü sabiq Sülh və Demokratiya Partiyasının (BDP) hazırkı "Xalqların Demokrat Partiyası" (HDP) sədri Səlahəddin Dəmirdaş qərarlaşıb.







Vaxtında, Aydın, Lazımlı!


