Almaniyada dünyanın ən üfunətli çiçəyi oğurlanıb

   Almaniyada dünyanın ən üfunətli çiçəyi oğurlanıb
  14 Oktyabr 2025    Oxunub:815
Almaniyanın Dortmund şəhərindəki Rombergpark botanika bağından çürümüş əti xatırladan iyrənc qoxusu ilə tanınan nadir Amorphophallus titanum bitkisinin kökü oğurlanıb.
AzVision.az xəbər verir ki, bu barədə “Spiegel” jurnalı məlumat yayıb. Oğrular çəkisi 20-30 kq arasında olan “David” adlı çiçəyin kökünü oğurlayıblar.

Artıq şəhər rəhbərliyi itkin əşyalarla bağlı polisə ərizə təqdim edib. Botanika bağı oğurluq hadisəsindən təəssüfləndiyini bildirib.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər: Botanika   Bağ  



Xəbər lenti