ÜTT 2026-cı ildə qlobal ticarət artımı proqnozunu aşağı salıb

   ÜTT 2026-cı ildə qlobal ticarət artımı proqnozunu aşağı salıb
  14 Oktyabr 2025    Oxunub:668
Ümumdünya Ticarət Təşkilatı ABŞ prezidenti Donald Trampın tətbiq etdiyi tariflərin gecikmiş təsirini əsas gətirərək, 2026-cı ildə qlobal mal ticarətinin artımı ilə bağlı proqnozunu kəskin şəkildə 0,5%-ə endirib.
AzVision.az xəbər verir ki, cari ilin avqust ayında artım təxmini 1,8% təşkil edib. ÜTT-nin baş direktoru Nqozi Okonjo-İveala deyib ki, gələn il üçün proqnozlar daha qaranlıqdır: “Mən çox narahatam”.

Eyni zamanda, 2025-ci il üçün qlobal ticarət artımı proqnozu 0,9%-dən 2,4%-ə yüksəldilib, bu da tarif artımı ərəfəsində ABŞ idxalının artması və süni intellektlə əlaqəli malların ticarətinin artması ilə əlaqədardır. Bununla belə, bu rəqəm hələ də 2024-cü il üçün proqnozlaşdırılan 2,8% qlobal ticarət artımından aşağıdır.


AzVision.az


Teqlər: ÜTT   Dünya  



Xəbər lenti