“Onlar Venesuela hökumətinin Latın Amerikası narkotik ticarəti ilə sıx bağlı olduğu və Venesuelanın prezident Nikolas Maduroya xidmət edən bir kartel kimi fəaliyyət göstərdiyi barədə rəvayətdən istifadə edirlər. Bu, əlbəttə ki, dəhşətli yalandır. Bundan bir səbəb kimi istifadə olunur”, - diplomat vurğulayıb.
Velaskesin sözlərinə görə, 1967-ci il Tlatelolko müqaviləsinə əsasən Karib hövzəsinin rəsmi şəkildə nüvə silahından azad zona kimi tanınmasına baxmayaraq, ABŞ Venesuelanı nüvə sualtı qayığı yerləşdirməklə hədələyib.
- Bütün bunlar Venesuela xalqına və hökumətinə psixoloji təzyiq göstərmək üçün edilir. Bütün bunlar hibrid müharibə üsullarıdır”, - Venesuelanın Rusiyadakı səfiri bildirib.
|
| Tramp Maduro ilə bütün danışıqları dayandırır |
Xatırladaq ki, 2025-ci ilin sentyabrından başlayaraq ABŞ Venesuela qayıqlarına qarşı ilk növbədə Karib dənizindəki beynəlxalq sularda bir neçə raket zərbəsi endirib və onları narkotik ticarəti və yerli cinayətkar qruplaşmalarda günahlandırıb.
Bir həftə əvvəl isə, Venesuela ilə razılığa gəlmək cəhdlərindən əl çəkən ABŞ prezidenti Donald Tramp diplomatik münasibətlərin nizamlanması üçün bütün səylərə son qoyulmasını əmr edib.
Karakas, öz növbəsində, Vaşinqtonun hərəkətləri ilə bağlı vəziyyətə müdaxilə etmək üçün BMT Təhlükəsizlik Şurasına müraciət ünvanlayıb.
Sahil İsgəndərov
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


