Vitkof biznesi seçir

   Vitkof biznesi seçir
  15 Oktyabr 2025    Oxunub:1357
"ABŞ-nin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Vitkof "öz biznesinə daha çox vaxt ayıra bilmək üçün" hökumət vəzifəsini buraxmaq istəyir".
Britaniyanın "Middle East Eye" telekanalı iki anonim mənbəyə istinadən xəbər yayıb ki, xüsusi diplomat "Yaxın Şərqdə yorucu və gərgin" görüşlərin, danışıqların ardınca" artıq öz işlərinə diqqət yetirmək niyyətindədir. Hərçənd mənbələr gözlənilən istefanın nə vaxt baş verəcəyini bildirməyiblər.
Vitkof vəzifədən gedə bilər

Xatırladaq ki, Stiv Vitkofun bu niyyəti barədə hələ keçən ayın axırında İsrailin "Times of Israel" xəbər saytı ABŞ hökumətinin adı çəkilməyən rəsmi nümayəndəsinə istinadən məlumat vermişdi. Sayt yazırdı ki, "Qəzza zolağında münaqişə başa çatarsa", xüsusi nümayəndə cari ilin sonunda istefa verəcək. Diqqətə çatdırılmışdı ki, onun ofisi artıq vəzifə dəyişikliyinə hazırlaşır.

Stiv Vitkof rəsmi surətdə "Yaxın Şərq üzrə xüsusi nümayəndə" vəzifəsini tutsa da, Ağ Evdə xüsusi nüfuza malikdir. O, Prezident Donald Trampın 2025-ci ilin yanvarında Ağ Evə qayıtması fonunda Rusiyaya səfərə yollanan ilk hökumət nümayəndəsi idi. Diplomatın ilk səfəri fevralın 11-də baş tutmuşdu. Aprelin 25-də ikinci səfərdə isə Stiv Vitkoff Rusiya Prezidenti Vladimir Putinlə görüşmüşdü.

Firudin Həmidli
AzVision.az


Teqlər:   ABŞ   xüsusi-nümayəndə   istefa  



Xəbər lenti