“Mən bununla bağlı qərar verməliyəm. Oktyabrın 17-də Ukrayna prezidenti Volodimir Zelenski ilə gözlənilən görüşdə Rusiya-Ukrayna müharibəsini müzakirə edəcəyəm”, - Amerika lideri bildirib.
Lakin Donald Tramp ukraynalı həmkarı ilə görüşdə konkret nəyin müzakirə olunacağını açıqlamayıb.
ABŞ prezidenti həmçinin Rusiyanın Ukrayna ilə müharibədə əsasən hərbçilər olmaqla, 1,5 milyon insan itirdiyini söyləyib.
- Rusiya bu müharibəni ilk həftədə udmaq iddiasında idi, amma bu, artıq dörd ildir ki, davam edir”, - Ağ Evin rəhbəri diqqətə çatdırıb.
O, həmçinin Rusiya prezidenti Vladimir Putinə müraciət edib: “Ukraynalıları və rusları öldürməyi dayandırın”.
|
| Vaşinqton Kiyevə neçə “Tomoqavk” verə bilər? |
- Bu, böyük bir dayanışdır. İndi mən Çini də eyni addımı atmağa məcbur etməliyəm”, - ABŞ prezidenti vurğulayıb.
“CNN” telekanalına müsahibəsində Rusiya-Ukrayna müharibəsinin həlli istiqamətində fəaliyyətini davam etdirdiyini bildirən Amerika lideri hətta Yaxın Şərqdə, yoxsa Rusiya ilə Ukrayna arasında sülhün daha vacib olduğu barədə dilemmaya da aydınlıq gətirib.
Teleaparıcının “Tarixən Yaxın Şərqdəki münaqişələrin həlli daha çətin olub” ifadəsinə Donald Tramp “Düzdür. Biri üç il, digəri isə üç min ildir ki, davam edir” cavabını verib.
Xatırladaq ki, bundan əvvəl “Axios” portalı ABŞ prezidenti Donald Trampın ukraynalı həmkarı Volodimir Zelenski ilə oktyabrın 17-də Ağ Evdə keçirəcəyi görüşdə Kiyevə silah tədarükü, o cümlədən “Tomaqavk” raketlərinin mümkün transferini müzakirə edəcəyini yazmışdı.
Sahil İsgəndərov
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


