“Məramın miqyası kifayət qədər böyükdür. Qərar komponentlərin və hissələrin (istehsalını, həmçinin yeni məhsulların, o cümlədən noutbukların və serverlərin yığılmasını əhatə edir. “Microsoft” bütün bunların 2026-cı ildən başlayaraq tamamilə Çindən kənarda istehsal olunacağına ümidlidir”, - portal korporasiyanın təchizatçı şirkətlərindən birinin sözlərindən sitat gətirir.
Portalın məlumatına görə, “Microsoft” 2026-cı ilədək məlumat mərkəzi serverlərinin və “Surface” noutbuklarının yığılmasını, eləcə də bu qurğular üçün əsas komponentlərin istehsalını Çindən çıxarmağı nəzərdə tutur. Bu il şirkət artıq Çində server avadanlıqlarının istehsalını qismən dayandırıb.
- “Microsoft” serverlər üçün xammal, material və komponentlərin ən azı 80%-nin Çinin yurisdiksiyasından kənar ölkələrdən alınmasını təmin etmək niyyətindədir”, - portal yazır.
|
|
"Apple" yeni, ən güclü "iPad Pro"nu təqdim etdi |
Xatırladaq ki, bundan əvvəl ABŞ prezidenti Donald Tramp noyabrın 1-dən və ya ondan əvvəl Çin mallarına rüsumları 100% artırmaq və proqram təminatına ixrac məhdudiyyətləri qoymaq niyyətində olduğunu açıqlayıb. Bir gün əvvəl isə, Amerika lideri ABŞ-nin artıq Çinlə faktiki ticarət müharibəsində olduğunu bəyan edib.
Yeri gəlmişkən, məhz bu reallıqlar fonunda “Bloomberg” agentliyi “Apple” Çindən gələn geosiyasi gərginliklər və potensial tədarükün kəsilməsi ilə bağlı riskləri azaltmağa çalışdığı barədə məlumat yayıb.
Sahil İsgəndərov
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


