Reuters: “Dəməşq İsrailə qarşı Rusiyanı çağırır”

      Reuters:    “Dəməşq İsrailə qarşı Rusiyanı çağırır”
  16 Oktyabr 2025    Oxunub:1169
Suriyanın müvəqqəti prezidenti Əhməd Əl Şaraa Kremldə Rusiya prezidenti Vladimir Putinlə görüşündə onu Rusiya qoşunlarını Suriyanın cənubuna qaytarmağa çağırıb.
AzVision.az xəbər verir ki, “Reuters” agentliyinin məlumatına görə, Suriya lideri hərbsizləşdirilmiş zonanı genişləndirmək yönündə İsrailin təzyiqlərinə qarşı çıxmaq üçün Moskvadan dəstək axtarır.

Putinlə Əhməd Əl Şaraa qapalı danışıqlar keçirib | VİDEO
Xatırladaq ki, oktyabrın 16-da Rusiyaya rəsmi səfərə gələn Suriyanın keçid dövrününü prezidenti Əhməd Əl Şaraa Kremldə rusiyalı həmkarı ilə görüşdə bir sıra mühüm məsələləri müzakirə edib. Onların arasında Rusiyanın Suriyadakı hərbi bazalarının saxlanması məsələsi də yer alıb.

“TASS” agentliyi bildirir ki, qapalı şəraitdə keçirilən danışıqlar iki saat yarım davam edib. Kremlin saytı yalnız görüşün açılışı ilə bağlı məlumat yayıb. Media Putin və Əl Şaraanın daha sonra nələr müzakirə etdikləri barədə məlumat açıqlamayıb.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   Suriya   Rusiya   İsrail  



Xəbər lenti