Almaniya ABŞ-dən əlavə "F-35"lər alacaq
"Berlin alyansa üzv ölkələrin hava qüvvələri ilə əlaqədar NATO-nun yeni tələblərini yerinə yetirərək, öz hava donanmasını genişləndirilmək istəyir", - jurnal yazır.
Eyni zamanda, oktyabrın 8-də "Bundestaq"ın (parlamentin aşağı palatası) büdcə komitəsi ölkənin Müdafiə Nazirliyi üçün ümumi qiyməti 7 milyard avrodan çox bir neçə satınalma layihəsini təsdiqləyib. Bu layihə çərçivəsində 3,75 milyard avro dəyərində 20 ədəd "Eurofighter" qırıcısının alınması da nəzərdə tutulur. "Der Spiegel"in məlumatına əsasən, bu təyyarələr 2031-2034-cü illərdə Berlinə çatdırılacaq.
Firudin Həmidli
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


