Koreya əsgərləri Kurskda təlim keçirlər

   Koreya əsgərləri Kurskda təlim keçirlər
  20 Oktyabr 2025    Oxunub:705
Rusiyanın Ukrayna ilə sərhəddə yerləşən Kursk vilayətində Şimali Koreya hərbçiləri "müasir şəraitdə döyüşməyi" öyrənirlər.
Bu barədə ABŞ-də fəaliyyət göstərən Müharibə Tədqiqat İnstitutu (ISW) öz mənbələrinə istinadən məlumat yayıb. Bildirilib ki, Rusiya Ordusunun Ukrayna istiqamətində "uğursuz hücum əməliyyatları" fonunda koreyalı əsgərlər "aktiv döyüş ərazisində" öz ölkələrinə məxsus silahları, həmçinin çoxsaylı buraxılış raket sistemlərini sınaqdan keçirirlər.

"Rusiya döyüşçüləri isə bir sıra cinahda, o cümlədən Xarkovun şimalında hücum əməliyyatları həyata keçirsələr də, hər hansı ciddi uğur qeydə alınmayıb", - instituta məlumat verən rusiyalı hərbi bloqer söyləyib.

Firudin Həmidli
AzVision.az


Teqlər: Rusiya   KXDR   Ukrayna   müharibə   təlim  



Xəbər lenti