Ermənistanda həbslər olub

Ermənistanda həbslər olub
  23 Oktyabr 2025    Oxunub:1072
Gümrüdəki kütləvi iğtişaşların 13 iştirakçısı barəsində həbs-qətimkan tədbiri seçilib.
AzVision.az xəbər verir ki, Ermənistanın istintaq Komitəsinin jurnalislərə açıqlaçmasında belə deyilir.

“Saxlanılanlardan biri azyaşlı olduğundan onun barəsində ev dustaqlığı və şəhəri tərk etməmək yazılı iltizam tədbiri tətbiq edilib”, - məlumatda bildirilir.

Gümrünün meri korrupsiyada ittiham olunur
Bundan əvvəl “Biz dediyimi kimi” hərəkatının üzvü, hüquqşünas Ruben Mxitaryanın və Gümrü Ağsaqqallar Şurasının Ermənistan Kommunist Partiyası fraksiyasının üzvü, həbsdə olan Gümrünün meri Vardan Qukasyanın qardaşı nəvəsi Gevorq Qukasyanın saxlanıldığı açıqlanmışdı.

Xatırladaq ki, oktyabrın 20-də Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Komitəsi Gümrü şəhərinin rusiyayönlü meri Vardan Qukasyan saxlanıldığı barədə məlumat yayıb.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   Ermənistan   həbslər  



Xəbər lenti