İmamoğlu daha bir ittihamdan bəraət aldı
Belə ki, məhkəmə müdafiə tərəfinin açıqlamalarını dinlədikdən sonra İmamoğlunun günahsız olduğuna qərar verib.
Sözügedən iş Türkiyə Daxili İşlər Nazirliyinin 2022-ci ildə verdiyi cinayət şikayəti əsasında açılmışdı.
Prokurorluq həmin vaxt siyasətçiyə qarşı 7 ilədək həbs və siyasi fəaliyyət qadağası tələb etmişdi.
Xatırladaq ki, Ekrem İmamoğlu bu ilin martında “korrupsiya” istintaqı çərçivəsində həbs edilmiş və daha sonra vəzifəsindən uzaqlaşdırılmışdı. Onun həbsindən sonra Türkiyənin bir çox şəhərlərində kütləvi etiraz aksiyaları keçirilmişdi.
Onu da bildirək ki, daha öncəl eks-merə qarşı “dövlət məmurunu vəzifəsinə görə təhqir etmək” ittihamı ilə açılmış cinayət işi məhkəmə başlamazdan əvvəl rədd edilmişdi.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


