Gürcüstanda 2 kiloqram radioaktiv maddə tutulub

Gürcüstanda 2 kiloqram radioaktiv maddə tutulub
  25 Oktyabr 2025    Oxunub:1022
Gürcüstan Dövlət Təhlükəsizliyi Xidməti Tbilisidə Rusiyadan keçməklə Çinə 2 kq radioaktiv uran aparmağı planlaşdıran üç nəfər Çin vətəndaşını saxlayıb.
AzVision.az xəbər verir ki, sövdələşmənin ümumi dəyəri 400 min ABŞ dolları olub. İstintaq çərçivəsində saxlanılanların Tbilisidəki və Batumidəki kirayə evlərində axtarışlar aparılıb.

Müstəntiqlərin sözlərinə görə, ölkəyə qanunsuz şəkildə gələn həmin şəxslərdən biri uran almaqda maraqlı olan mütəxəssisləri gətirib və aktiv şəkildə satıcı axtarıb. Qrupun Çindən olan digər üzvləri hərəkətləri əlaqələndiriblər.

Saxlanılanları 10 ilə qədər həbs cəzası gözləyir.

AzVision.az


Teqlər: Gürcüstan   Çin   uran  



Xəbər lenti