London Moskvaya xəbərdarlıq edib
“Biz sizin sualtı qayıqlarınıza qarşı ov aparırıq. Britaniya sularını təhdid edən Rusiya gəmilərinin sayı 30% artıb. Bu, təkcə Ukraynaya deyil, Avropaya da təsir edən “bütün ərazi üzrə Rusiyanın təcavüzü”nün artmasından xəbər verir”, - britaniyalı nazir Rusiya prezidenti Vladimir Putinə mesajında vurğulayıb.
Kral Hərbi Hava qüvvələri (HHQ) və Kral Donanması Rusiya sualtı qayıqlarının ən aktiv olduğu Şimali Atlantikada mövcudluğunu gücləndirib. HHQ, demək olar ki, hər gün, bəzən gecə-gündüz və çox vaxt digər NATO müttəfiqlərinin dəstəyi ilə missiyalar yerinə yetirir.
Sahil İsgəndərov
AzVision.az
Teqlər: London Moskva xəbərdarlıq







Vaxtında, Aydın, Lazımlı!


