Ukraynada müharibə nə vaxt bitəcək? | VİDEO

   Ukraynada müharibə nə vaxt bitəcək?    | VİDEO
  25 Oktyabr 2025    Oxunub:574
Ukraynanın Dnepr şəhərinin baş ravvini Şmuel Kaminetski Rusiya ilə Ukrayna arasında müharibənin nə vaxt bitməli olduğunu açıqlayıb.
AzVision.az xəbər verir ki, Şmuel Kaminetskinin “İnspira” biznes-klubunda görüşündə çıxışına istinad edən “İnformator” nəşrinin məlumatına görə, ravvin Ukraynada müharibənin 2026-cı il yanvarın 15-dək bitəcəyini iddia edib.

Onun fikrincə, bu tarixdən sonra investorların gəlməsi ilə əlaqədar Ukraynada sürətli inkişaf gözləmək lazımdır.

Ravvin bildirib ki, konkret tarixin hesablanması hətta nüfuzlu adamların da Yeni il bayramında məşğul olacaqlarını da nəzərə alır. Ancaq 2026-cı il yanvarın 15-dən sonra - “müharibə bitəndən sonra bayram edəcəyik”.

“Mən bunu sizə peyğəmbər və ya ravvin kimi demirəm. Bu, Amerika və Avropada belə məsələləri bilən böyük insanların fikridir. Bu arzu və ya dua deyil; bu, çox tezliklə baş verəcək, çünki Rusiya Şimali Koreyaya çevriləcək, Ukraynanın isə böyük gələcəyi var”, - Şmuel Kaminetski vurğulayıb.



Sahil İsgəndərov
AzVision.az


Teqlər: Ukrayna   meharibə   son  



Xəbər lenti