Memorandum çərçivəsində tərəflər qarışdırma parametrlərinin optimallaşdırılması ilə dizel yanacağı istehsalının artırılmasına yönələn süni intellekt əsaslı layihələr, əməliyyat qruplarının işini dəstəkləyən böyük dil modelini (Large Language Model - LLM), həmçinin geoloji və enerji məlumatlarının təhlilinin avtomatlaşdırılmasına yönələn "Seismic AI" (seysmik süni intellekt) və ENOM həllərinin hazırlanmasını planlaşdırır. Bundan əlavə, SOCAR şirkətin bütün biznes proseslərini birləşdirən vahid məlumat arxitekturasının yaradılması, eləcə də seysmik və qazma məlumatlarının tam rəqəmsallaşdırılması və vizuallaşdırılmasını təmin edən ODLAR və "Daily Drilling" layihələrində konsultasiya dəstəyi göstərəcək.
Anlaşma Memorandumu neft və qaz sənayesində süni intellekt texnologiyalarının tətbiqini inkişaf etdirəcək. Bu əməkdaşlıq enerji sektorunda innovativ yanaşmaların tətbiqini təşviq etməklə yanaşı, iki ölkənin iqtisadi əməkdaşlığını və texnoloji tərəfdaşlığını daha da möhkəmləndirəcək.
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


