Gürcüstan İrəvanda görüşdən imtina edib

Gürcüstan İrəvanda görüşdən imtina edib
  27 Oktyabr 2025    Oxunub:832
Gürcüstan Avronest Parlament Assambleyasının oktyabrın 28-30-da İrəvanda keçiriləcək 12-ci plenar sessiyasında iştirak etməyəcək.
AzVision.az Gürcüstan mediasına istinadən xəbər verir ki, Gürcüstan parlamentinin Avrointeqrasiya üzrə komitəsinin sədri Levan Maxaşvili bununlla bağlı Avronestin rəhbərliyinə açıq maktub ünvanlayıb.

Maxalaşvili rəsmi Tbilisinin bu qərarını Avropa Parlamentinin (AP) bəzi üzvlərinin düşmənçilik ritorikasının və onların Tbilisidəki etiraz aksiyalarına qoşulmasının qarşılıqlı hörmət prinsiplərinə zidd olması və parlament diplomatiyasının hüdudlarından kənara çıxması ilə əsaslandırıb.

Məktubda AP-nin Avronest Assambleyasındakı nümayəndə heyətinin bəzi üzvlərinin “Gürcüstanda vətəndaş iğtişaşlarını, radikallaşmanı və zorakılığı təşviq edən” bəyanatlar verdikləri bildirilir.

- Bu şəxslərə meydan verməklə Avronest anti-demokratik davranışı təşviq edir və zorakı və ya radikal siyasi gündəmlərə haqq qazandırır”, - məktubda vurğulanır.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Gürcüstan   Avronest   imtina  



Xəbər lenti