Türkiyədə güclü zəlzələ | Ölənlər var

   Türkiyədə güclü zəlzələ |    Ölənlər var
  28 Oktyabr 2025    Oxunub:751
Türkiyənin Balıkəsir vilayətinin Sındırqı rayonunda 6,1 bal gücündə zəlzələ baş verib. Zəlzələnin şiddəti ətraf vilayətlərə, o cümlədən İstanbula da yayılıb.
Bu barədə Türkiyənin Fövqəladə Hallar İdarəsinin mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, zəlzələ yerin 5,9 kilometr dərinliyində meydana gəlib. Hadisə nəticəsində bir sıra bina dağılıb. İtkilər barədə hələlik rəsmi məlumat açıqlanmayıb.

Hazırda afterşok ehtimalından ehtiyatlanan yerli əhali evlərindən çıxaraq zəlzələ ərazisini boşaldır.




Firudin Həmidli
AzVision.az


Teqlər: Türkiyə   zəlzələ  



Xəbər lenti