Tramp: “33 il ötdü, milyonlarla insan həlak oldu” | VİDEO

   Tramp: “33 il ötdü, milyonlarla insan həlak oldu”    | VİDEO
  29 Oktyabr 2025    Oxunub:464
ABŞ prezidenti Donald Tramp bir daha Azərbaycan və Ermənistan liderlərinin bu il avqustun 8-də Ağ Evdə baş tutan görüşünü xatırladıb.
AzVision.az xəbər verir ki, Azərbaycanla Ermənistan arasında sülhün bərqərar olmasında Vaşinqtonun rolunu vurğulayan Donald Tramp uzun illər ərzində Qarabağ münaqişəsinin insanların həlakına səbəb olduğunu deyib.

“Azərbaycanla Ermənistan arasındakı vəziyyətə baxın. Putin dedi ki, bu əla oldu. Onlar bu müharibəni dayandıra bilməmişdilər. 33 il keçdi, milyonlarla insan öldü. Amma biz bunu etdik. Hər iki ölkə gəldi, burada yaxınlaşmağa başladılar və getdikcə yaxınlaşdılar və bir saat ərzində çox yaxınlaşdılar”, - Amerika lideri bildirib.

Ağ Evin rəhbəri vurğulayıb ki, bu, gözəl mənzərə idi. Belə ki, iki gözəl ölkə və iki gözəl lider bu addımı atdılar.



Sahil İsgəndərov
AzVision.az


Teqlər: Tramp   Azərbaycan   Ermənistan  



Xəbər lenti