Rumıniya PUA istehsalına başlayır | VİDEO
Birgə istehsal çərçivəsində ilkin mərhələdə "Cuda" kəşfiyyat PUA-sı və "Sirin" hücum PUA-sı ərsəyə gətiriləcək. "Sirin"in təqribən 15 kiloqram partlayıcı maddə daşıya biləcəyi vurğulanır. Müəssisə cari ilin sonunadək bu növ PUA-dan 10 ədəd hazırlayacaq. Layihə üzrə sonrakı mərhələlərdə hazırda prototipləri hazırlanan ümumilikdə 7 növ PUA-nın istehsalı nəzərdə tutulur. Aparatların istehsal xərcləri ictimayyətə açıqlanmayıb.
Məlumat üçün bildirək ki, Avropada silahlanmanı sürətləndirmək məqsədilə Avropa Komissiyası plan hazırlayaraq, 2030-cu ilədək hərbi investisiyalar üçün 800 milyard avro kredit ayırıb. Bu plan üzrə Rumıniya 16,68 milyard avro vəsait alıb. Avropa İttifaqı müdafiə qabiliyyətinin artırılmasını "Rusiya təhlükəsi" ilə əlaqələndirir. Hərçənd rəsmi Moskva belə bir iddiaya qarşı dəfələrlə öz etirazını bildirib.
Firudin Həmidli
AzVision.az
Teqlər: Rumıniya ABŞ PUA istehsal







Vaxtında, Aydın, Lazımlı!


